Moskvada uçan taksinin sınağı keçirilir
22.01.2021
Moskvadakı Lujniki Olimpiya Kompleksində uçan taksi sınaqdan keçirilir.
DM xarici KİV-ə istinadən xəbər verir ki, dron "Hover” startapı tərəfindən hazırlanıb. Avtomobil 100 kilometrə qədər uçur, havaya 150 metr qalxır və adi park yerində eniş edir. Dron iki nəfər üçün nəzərdə tutulub, 300 kq-a qədər yükü havaya qaldırır və 200 km / saat sürət hərəkət edə bilir.
Qeyd edək ki, bənzər sınaqlar hazırda Sinqapur, Dubay, Hong Kong, Seul və Barselonada da aparılır.