Yay Olimpiya Oyunları yenə ləğv edilir
22.01.2021
Yaponiya hökuməti Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası səbəbindən ləğv edilməsi barədə qərar qəbul edib.
DM xəbər verir ki, bu barədə "Tayms” qəzeti məlumat yayıb.
Qəzet hökumətin bununla bağlı qərar qəbul etdiyini, lakin hələ açıqlamadığını bildirib.
Qeyd edək ki, Yaponiyada Yay Olimpiya Oyunları 2020-ci ilin yayında keçirilməli idi, lakin pandemiya səbəbindən 2021-ci ilin yayına təxirə salınmışdı.