Bayden Rusiya ilə bu razılaşmanı uzadır
22.01.2021
Bayden administrasiyası strateji hücum silahlarının məhdudlaşdırılması barədə razılaşmanı uzatmaq haqqında qərar qəbul edib.
DM xəbər verir ki, bunu "Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bu razılaşma daha beş il davam edəcək. Bununla belə Baydenin Rusiya ilə münasibətlərdə yenilənmə planlaşdırmadığı bildirilib.
Qeyd edək ki, Baydenin sözügedən razılaşmanı uzatmaq niyyəti barədə bundan öncə ABŞ dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken bəhs edib.