“Çelsi” Konte ilə əməkdaşlığı bitirdi
13.07.2018
İngiltərənin "Çelsi” klubu baş məşqçi Antonio Konte ilə əməkdaşlığa son qoyub.
"Dövran Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis köməkçiləri ilə birgə komandanı tərk edib.
48 yaşlı mütəxəssisi bu postda "Napoli”dən ayrılan Mauritsio Sarrinin əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Antonio Konte "Çelsi”yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "zadəganlar” 2016-2017 mövsümündə İngiltərə çempionu, 2017-2018 mövsümündə ölkə kubokunun sahibi olub. "Çelsi” ötən mövsüm Premyer Liqada 5-ci yerlə kifayətlənib və Avropa Liqasına vəsiqə qazanıb.