21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanda əsgər analarının etirazı

22.01.2021

 Ermənistanda müharibədən sonrakı böhran getdikcə dərinləşir. Ölkədə siyasi qüvvələr arasında ziddiyətlər artır, vətəndaşların narazılıqları böyüyür, sosial-iqtisadi vəziyyət pisləşir.

DM xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Millət vəkili bildirib ki, sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdən əvvəl də Ermənistandakı daxili siyasi və sosial-iqtisadi vəziyyət böhran həddində idi:

"Elə Paşinyan hakimiyyətinin təxribatlara əl atmasının da səbəblərindən biri o idi ki, əhalinin diqqətini mövcud olan sosial-iqtisadi problemlərdən yayındırsın. Əlbəttə, müharibə nəticəsində Ermənistanda bu sosial-iqtisadi durum daha da ağırlaşıb, dərinləşib və hazırda ciddi siyasi böhrana çevrilib. Sentyabrın 27-dən - döyüşlər başlayandan sonra onsuz da zəif büdcəsi olan Ermənistan iqtisadiyyatına çox ciddi zərbə vuruldu.

Ermənistan 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra uzun illər özünə gələ bilməyəcək. Həm sosial-iqtisadi, həm mənəvi-psixoloji, həm də insan amili baxımından Ermənistana böyük zərbə dəyib.

Bu ölkədə sosial-iqtisadi vəziyyət onsuz da acınacaqlı idi, ölkə xaricdən gələn ianələr hesabına çətinliklə yaşayırdı. Digər tərəfdən, uzun illər idi ki, yalanlar sayəsində Ermənistan cəmiyyətində bir arxayınlıq yaranmışdı, ermənilər özlərini qalib xalq hesab edirdilər, düşünürdülər ki, daim Azərbaycan torpaqlarını işğal altında saxlayacaqlar. Lakin 44 günlük müharibə bütün bunların sadəcə bir mifologiya, çürük qoz oluğunu üzə çıxardı. Ermənilər əslində illərdir yalanlarla yaşadıqlarını, uçuruma getdiklərini anladılar. Müharibə həm də Ermənistan üçün böyük sayda insan itkisi ilə nəticələndi.

Bütün bu hadisələr Ermənistan cəmiyyətində, siyasi kəsimində ciddi mənəvi-psixoloji sarsıntıya səbəb oldu, bu qədər itkilər vermələrinə rəğmən müharibənin acı məğlubiyyətlə bitməsi onlar üçün tarixin ən ağır zərbəsi oldu. Artıq ermənilər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyirlər, erməni valideyinləri müdafiə nazirliyinin qarşısına toplaşaraq övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər. Bütün bunları sosial şəbəkələrdə və digər internet resurslarında yayılan videolardan görmək mümkündür".

K.Bayramov qeyd edib ki, bu itkilərə görə günahkar Ermənistanın cinayətkar və işğalçı rəhbərləridir: "Göründüyü kimi, Ermənistanda ciddi siyasi böhran yaşanmaqdadır və bundan sonra da dərinləşəcək. Çünki Ermənistan məğlub olan tərəfdir və bəzi rəsmiləri heç bir əsas, səbəb gətirə bilmirlər, ancaq yalan dolu bəyanatlar verirlər. Onlar Ermənistan cəmiyyətinə həqiqəti deməkdən çəkinirlər. Düşünürəm ki, bütün hadisələr ona gətirib çıxaracaq ki, Ermənistanda vəziyyət daha da pisləşəcək, ağırlaşacaq".