Qəbul imtahanında bu güzəştlər ediləcək
21.01.2021
Pandemiya səbəbindən 2021-ci ildə də 9 və 11-ci siniflər üçün keçirilən buraxılış və qəbul imtahanlarında bəzi güzəştlər olacaq.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, ötən ilin oktyabr ayında Təhsil İnstitutu tərəfindən bütün siniflər üçün ixtisar edilməsi tövsiyə olunan mövzuların siyahısı hazırlanıb:
"Tövsiyədə distant təhsilin xüsusiyyətləri və çətinlikləri nəzərə alınmaqla müəyyən mövzuları keçməmək və müəyyən standartlara toxunmamağın lazım olduğu qeyd edilib. Bu da şagirdlər üçün bir güzəşt idi. Biz siyahını Dövlət İmtahan Mərkəzi ilə də bölüşmüşük. DİM-in də planında var ki, builki 9-cu və 11-ci siniflər üçün keçiriləcək qəbul və buraxılış imtahanlarında həmin suallar üzrə mövzular salınmasın. Müəllimlər üçün də tövsiyə edilib ki, qiymətləndirmə zamanı həmin mövzulardan suallar salınmasın”.