Rusiya Navalnını dəstəkləyən saytları bloklayır
21.01.2021
Rusiya Baş Prokurorluğu Navalnının azad olunması tələbi ilə 23 yanvarda keçirilməsi planlaşdırılan etiraz aksiyasına çağırışlar edən saytlara məhdudiyyət qoyulmasını istəyib.
Bu məlumatı Rusiya Baş Prokurorluğu yayıb. Baş Prokurorluğun tələbi Rusiya Kütləvi Kommunikasiya, İnformasiya Texnologiyalarına Nəzarət Federal Xidmətinə çatdırılıb.
Qeyd edək ki, Navalnının tərəfdarları 23 yanvarda etiraz aksiyası keçirməyi planlaşdırırlar. Onlar Navalnının həbsdən azad edilməsini tələb edəcəklər.