Meksika Prezidentindən tvitteri İTTİHAM
21.01.2021
Meksika Prezidenti Andres Manuel Lopez Obrador tvitteri müxalifətçi siyasətçilər üçün çalışmaqda ittiham edib.
O, şirkəti qərəzli bir şəbəkə adlandırıb.
Lopez tvitter administirasiyasını müxalif Milli Fəaliyyət Partiyası senatorları və keçmiş Prezident Felipe Kalderona işləməkdə ittiham edib. Obrador tez-tez onu tənqid edən saxta hesablar açıldığını, lakin peşəkar şəkildə addım atılaraq həmin profillərin deaktiv olunduğunu bildirib.
Prezident ona qarşı sosial media şirkətləri tərəfindən qoyulan qadağalara qarşı mübarizə aparacağını da qeyd edib.