Yəhudiləri Azərbaycana bağlayan səbəb – Levin
21.01.2021
Yəhudilər Azərbaycanda yaşayan bir çox millətdən xeyli əvvəl orada məskunlaşıblar.
DM xəbər verir ki, bunu Mərkəzi Asiyanın Yəhudi İcmaları üzrə eksperti və Trüman İnstitutunun elmi işçisi Zeyev Levin deyib.
"Azərbaycanda antisemitizm yoxdur. Ölkə Sovet İttifaqının bir hissəsi olduğu zamanda belə yəhudilər imanlarını etiraf edə bilirdi, icazə var idi. Azərbaycanda radikal islamizm də yayılmayıb, paytaxtda çadranı çıxaran qadının heykəli yerləşir. Azad qadın heykəli 1960-cı illərdə, kommunizm dövründə qoyulub. Amma onun hələ də yerində olması və vandalizm obyektinə çevirilməməsi çox şeydən xəbər verir”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Holokostun icbari tədris proqramının bir hissəsi kimi məktəblərdə tədris olunduğu azsaylı müsəlman ölkələrindən biridir:
"Orada 1992-ci ildə baş vermiş Xocalı qətliamı Holokost ilə qarşılaşdırılır. Bundan əlavə, İsrail Azərbaycan Ordusunun silahlandırılmasında və təlimlərində mühüm rol oynayır. İsrail ilə Azərbaycan arasında dostluq yalnız ümumi maraqlara əsaslanmır. Yəhudilər çoxdandır ki, Azərbaycan xalqının bir hissəsinə çevrilib. Lakin ümumi tarixdən əlavə, yəhudi və Azərbaycan xalqlarının texnologiyadan daha güclü ortaq cəhətləri var: baxış bucağının genişliyi və müxtəlifliyi”.