21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyənin ən böyük bankı Şuşada filial açır

21.01.2021

 Türkiyənin ən böyük bankı olan "Ziraat Banka”sının Azərbaycandakı törəməsi - Ziraat Bank Azerbaijan ASC Qarabağda filial açmağa hazırlaşır.

DM xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib.

"Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, - deyə o, qeyd edib.

Bankir həmçinin rəhbərliyində təmsil olunduğu "Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib:

"Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövsəi ölkələrindən investisiya cəlb edəcəyik".