Paşinyanın yeganə xilaskarı budur
21.01.2021
Ermənistan Baş naziri Nikol Paşinyan və komandası zamanı özləri üçün yeganə xilaskar hesab edir.
DM xəbər verir ki, bu barədə "Past” qəzeti yazıb.
"Paşinyan misilsiz səviyyədə təhlükəsizliyə söz vermişdi, lakin müharibə və təhlükəli vəziyyətə səbəb olub, xalqa getdikcə artan yoxsulluq, öz komandasına isə firavanlıq qazandırıb.
O, sevgi və tolerantlığa söz vermişdi, lakin düşmənçilik və nifrət gətirib.
Xalq tələb edərsə, istefa verəcəyini vəd etmişdi, lakin cəmiyyətin çox hissəsinin onun istefasını tələb etdiyi aydın olsa da, Paşinyan kürsüsündən yapışmağa davam edir.
Əgər bu gün hər kəs bunun təsirini hiss etmirsə, yaxın gələcəkdə mütləq hiss edəcək", - nəşr qeyd edib.