“Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olub” - Paşinyan
21.01.2021
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bir qrup deputata ünvanladığı sual erməni cəmiyyətində gündəm yaradıb.
DM xəbər verir ki, Paşinyanın "əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu Şuşa şəhərinin ermənilərin olduğunu nəzərdə tutursunuz?" - deyə sual etməsi narazılıq yaradıb.
Politoloq Qagik Hambaryan baş nazirin bu həqiqəti dilə gətirməsindən sonra "Nikol xəyanətin simvoludur” deyib. Saxta erməni soyqırımı muzey institutunun keçmiş direktoru, tarix elmləri doktoru Hayk Demoyan isə deputatlardan anlaşılan tərzdə bu suala cavab gözlədiyini deyib.