“Alibaba”nın qurucusu 3 ay sonra üzə çıxdı
20.01.2021
"Alibaba”nın təsisçisi və rəhbəri Cek Ma 3 aydan sonra üzə çıxıb.
DM xəbər verir ki, bu məlumatı "Blumberq” agentliyi yayıb.
Ma xeyriyyə tədbirlərindən birində çıxış edərək, özü haqqında yayılmış iddialara son qoyub.
Onun ortaya çıxması ilə şirkətin səhmləri 6% bahalaşıb.
Qeyd edək ki, Cek Ma oktyabr ayında Çindəki bazar tənzimləyicilərini və dövlət banklarını tənqid etdikdən sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Onun hətta öldürülməsi ilə bağlı xəbərlər yayılmışdı.