Tramp 73 nəfəri əfv etdi
20.01.2021
ABŞ prezidenti Donald Tramp 73 nəfəri əfv etdiyini, daha 70 nəfərin cəzasını yüngülləşdirdiyini elan edib.
Unikal.org xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Bildirilib ki, əfv edilənlər arasında Donald Trampın keçmiş köməkçisi Stven Bennonda var.
O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib.O, 2017-ci ilin yanvarından avqustunadək Donald Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.