Baydendən İrana sürpriz
20.01.2021
ABŞ-ın yeni Prezidenti Co Bayden Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində İranla uzunmüddətli nüvə anlaşmasına nail olacaq.
DM xəbər verir ki, bunu ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib.
"Birgə Hərtərəfli Fəaliyyət Planı öz qaydaları çərçivəsində uğurlu oldu. İran bu müddəalara qayıtsa, biz də qayıdacağıq. Biz Birgə Hərtərəfli Fəaliyyət Planından daha uzun və daha möhkəm razılaşma əldə etmək üçün bir platforma olaraq istifadə edəcəyik”, - Blinken bildirib.