21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşadakı tarixi abidələrə baxış keçirildi

20.01.2021

 Erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

DM xəbər verir ki, bu barədə Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu "Facebook” səhifəsində paylaşım edib.

Belə ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib:

"Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri” bərpa ediləcək”.