Baydenin komandasının əsas hədəfi bu ölkədir
20.01.2021
ABŞ-a əsas çağırışı Rusiya və Çin edir.
DM xəbər verir ki, bunu Co Bayden administrasiyasının Pentaqon rəhbərliyinə namizədi Lloyd Ostin deyib.
"Hesab edirəm ki, 2018-ci ilin Milli Müdafiə Strategiyası Çin və Rusiyanı qlobal təhlükəsizlik mühitini pozan əsas problemlər kimi düzgün müəyyənləşdirmişdi. Ancaq düşünürəm ki, yüksəlişinə və hərbi modernləşməsinin miqyasına görə Çin ən vacib prioritetdir”, - Ostin bildirib.