Azərbaycanda atmosferin çirklənməsinin səbəbi...
19.01.2021
Bu gün üçün atmosfer havasının çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələridir. Bu da son illərdə sənayenin güclü inkişafı ilə bağlıdır. Avtomobillərin sayı isə illər keçdikcə dəfələrlə artır.
DM xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir:
"Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş avtomobillərdir. 1/5-i isə yaşı 30 ildən çox olan nəqliyyat vasitələridir. Sözsüz ki, köhnə avtomobillərdə istifadə olunan yanma məhsulları zamanı zəhərli maddələrin miqdarı yenilərindən çox olur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılmasının yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsini yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir”.