Melaniya Tramp xalqa sonuncu müraciətini etdi
19.01.2021
Melaniya Tramp birinci xanım "vəzifəsini” tərk edir.
DM xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xanımı xalqa sonuncu müraciətini Ağ Evin rəsmi səhifəsində yerləşdirib.
Birinci xanımın sözlərinə görə, həyatının son dörd ili onun üçün unudulmaz olaraq qalacaq. ABŞ və orada yaşayan insanların bütün müsbət cəhətlərini sadalayan Melaniya, sonda ölkə vətəndaşlarını hər zaman ən yaxşı olmağa çağırıb.
"Mən hər bir amerikalıdan istənilən vəziyyətdə ən yaxşı olmağı xahiş edirəm. Bizi parçalayan, ayıran səbəblərdən daha üstün olmalıyıq. Hər zaman nifrətin yerinə sevgini, zorakılığın yerinə sülhü seçməliyik”, – deyə birinci xanım bildirib.