21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Peyvənd olunanlar ilk 3 gündə nə hiss edir?

19.01.2021

 Bu vaxta kimi koronavirus peyvəndi olunmuş rusiyalı vətəndaşlar arasında sorğu keçirilib. Onlar peyvənddən sonra nələr hiss etdiklərini, bədənlərində hansı reaksiya getdiyini açıqlayıblar.

DM Medicina.az-a istinadən xəbər verir ki, artıq Rusiyada müxtəlif yaş qruplarından minlərlə şəxs peyvənd olunub. Rusiyada daha çox milli peyvəndlər "EpiVakKorona” və "Sputnik V” tətbiq edilir.

Həkimlər bildirir ki, peyvənd olunanların hamısında mütləq nəsə baş verməlidir kimi məsələ yoxdur. Hər orqanizm fərqlidir.

Peyvənd olunanlar daha çox bu simptomları qeyd ediblər:

ilk 3 gündə - 37,5 dərəcəyə kimi hərarət, titrəmə, iynə yerində ağrı, şişkinlik, baş ağrısı, ürəkbulanma, ayaqlarda, qollarda uyuşma, zəiflik, bir qədər panika.

Simptomlar 5-7 günə kimi çəkə bilər.

Həkimlər hərarətin yalnız 38 dərəcəyə çatdıqda salınmasını bildirir.

Ümumiyyətlə, peyvənddən sonra qızdırma 38-dərəcəyə çatarsa, bu şəxs mütləq poliklinikaya müraciət etməlidir.

İynədən dərhal sonra da qızdırmanın 38-dərəcəyə çatdığı kimi hallar olub.

Maraqlısı budur ki, peyvənd olunanların çoxu ikinci dozada iynə vurulan zaman və sonra birinciyə nisbətən daha çox ağrı hiss ediblər.