Ermənistan-Rusiya yolu bağlıdır
19.01.2021
Ermənistanı Rusiya ilə bağlayan yeganə quru yolu olan Yuxarı Lars keçid məntəqəsi hələ də qapalı olaraq qalır.
DM xəbər verir ki, bu məlumatı Ermənistanın Yuxarı Lars sərhəd/keçid məntəqəsindəki gömrük attaşesi Aram Tananyan deyib.
O, Yuxarı Larsdan Vladiqafqaza qədər olan 100 kilometrlik ərazidə 800-dən çox yük avtomobilinin toplanıb qaldığını bildirib. Tananyan bu maşınlardan 50-60-nın erməni maşını olduğunu deyib.