Müxalifət liderini şəhərə buraxmadılar
19.01.2021
Ermənistanda müxalifət liderini Gorus şəhərinə buraxmayıblar.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan şəhər əhalisi ilə görüşmək və Paşinyan əleyhinə təbliğat aparmaq üçün Gorusa səfər edib.
Bu zaman bir qrup şəhər sakini şəhərin giriş-çıxış yollarını bağlayıb. Onlar V.Manukyan əleyhinə şüarlar səsləndiriblər və onu Gorusa buraxmaycaqlarını bəyan ediblər. Yolu bağlayanların Paşinyan tərəfdarları olduğu bildirilir. Manukyan Gorusa daxil ola bilməyib.