21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BMT 7 ölkənin səs haqqını məhdudlaşdırdı

19.01.2021

 Birləşmiş Millətlər Təşkilatı (BMT) 7 üzv ölkənin səs haqqını müvəqqəti olaraq məhdudlaşdırıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, səbəb bu ölkələrin təşkilata üzvlük haqqını ödəməməsidir. Səs haqqı məhdudlaşdırılan ölkələr İran, Niger, Liviya, MAR, Konqo, Cənubi Sudan və Zimbabvedir.

Təşkilata ən çox borcu olan ölkə İrandır. İranın BMT-yə 16 200 000 dollar borcu var. BMT nizamnaməsi 2 ildən artıq üzvlük haqqını ödəməyən ölkələrin səs haqqını məhdudlaşdırmağa imkan verir. BMT-nin illik büdcəsi 3 200 000 000 dollardır. Bundan başqa sülhməramlı missiyalarla bağlı ayrıca 6 500 000 000 dollar illik xüsusi büdcə də mövcuddur.