Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək?
19.01.2021
Azərbaycan vətəndaşlarının xarici ölkəyə səfəri zamanı şəxsdən COVİD-19-a qarşı peyvənd olunması barədə təsdiqedici sənədin istənilib-istənilməyəcəyinə, peyvənd olunmamağın xaricə səfər etmədə hər hansı əngəl yaradıb-yaratmayacağına aydınlıq gətirilib.
DM Trend-ə istinadən xəbər verir ki, TƏBİB bununla bağlı dünya ölkələrinin rəsmi rəyinin olmadığını bildirib.
Azərbaycanda keçirilən vaksinasiya prosesində peyvənd olunan hər kəs elektron formada mütləq qeydiyyata alınacaq:
"Onlara verilən məlumat kitabçalarında neçə gün sonra gəlməlidir, hansı xəstəxanaya yaxınlaşmalıdır, vaksinasiyadan sonra hansı təsirlər ola bilər və sair kimi əlavə məlumatlar da veriləcək. Gələcəkdə əgər vətəndaşın xarici ölkəyə səfəri etməsi zamanı hər hansısa məhdudiyyətlər tətbiq olunarsa, həmin şəxsin peyvənd olunduğu haqda təsdiqedici sənəd veriləcək".