Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA
19.01.2021
Son günlər sosial şəbəkələrdə dərslərin yenidən başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Sözügedən məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev açıqlama verib.
Nazir bildirib ki, bununla bağlı qərar qəbul ediləcək: "Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək".