Baydenin andiçməsində Azərbaycanı kim təmsil edəcək?
19.01.2021
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimində rəsmi Bakını təmsil edə bilər.
DM xəbər verir ki, bunu Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Mövcud təcrübəyə əsasən, bir qayda olaraq ABŞ prezidentinin andiçmə mərasimində bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər. İndiki mərhələdə andiçmə mərasimi ilə bağlı bu təcrübə tətbiq olunacaq”, - o, vurğulayıb.
XİN sözçüsü bildirib ki, hazırda Azərbaycanın mərasimdə iştirakı ilə bağlı konkret dəqiqləşmə yoxdur:
"Hazırda vəziyyət elədir ki, bir sıra proseslər gedir: hazırlıq və s. Ancaq yanvarın 20-si dəqiq məlum olacaq. İndiki pandemiya şəraitində ABŞ prezidentinin andiçmə mərasiminin hansı formada keçiriləcəyinə aydınlıq gətirilməlidir”.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Yanvarın 20-də C.Bayden prezident kimi and içəcək.