Argentinada güclü zəlzələ
19.01.2021
Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Pocito şəhərindən 27 kilometr cənub-qərbdə, yerin 14,3 km dərinliyində yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Sunami xəbərdarlığı elan edilməyib.