Trampdan PUA-larla bağlı qadağa
19.01.2021
ABŞ Prezidenti Donald Tramp rəqib ölkələrdən dövlət sifarişi əsasında PUA-ların alışının məhdudlaşdırılması barədə sərəncam imzalayıb.
DM xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Sərəncamda bildirilib ki, bu PUA-ların istifadəsi ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdid yaradır.
Qeyd edək ki, ABŞ-a rəqib ölkələr siyahısında Rusiya, Çin, İran və Şimali Koreya yer alıb.