Nazir Baş leytenantı rəis müavini təyin etdi
19.01.2021
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
DM-in əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis Baş leytenantı Azər Məmmədov Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Elnur Əzizov vəzifəsindən azad edilərək Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.