Baydenin Çin siyasəti
19.01.2021
ABŞ-ın yeni prezidenti Co Baydenin ilk vəzifəsi xarici siyasət sahəsində Çinə yönəlik yeni strategiyanın yaradılması olacaq.
DM xəbər verir ki, bu barədə "Vol Strit Jurnal” məlumat yayıb.
"Baydenin müşavirləri Çinə yönəlik siyasi xətt zamanı ABŞ-ın qarşılaşacağı problemləri ayıq başla qiymətləndirirlər. Buna görə də tam yeni strateji yanaşmanın tələb olunduğunu bildirirlər”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, hələ Barak Obama dövründə vitse-prezident olmuş Bayden Çin siyasətinin formalaşdırılmasında aktiv iştirak edib.
Qeyd edək ki, Baydenin andçimə mərasimi 20 yanvar tarixində baş tutuacaq.