Bayden Rusiyadakı səfirə təklif göndərdi
19.01.2021
ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Vaşinqtonun Moskvadakı səfiri Con Sallivana müvəqqəti olaraq vəzifəsində qalmağı təklif edib.
DM xəbər verir ki, bu məlumatı "Blumberq” agentliyi yayıb.
Agentlik Sallivanın yeni administrasiya dövründə öz vəzifələrini saxlaya biləcək az sayda diplomatların sırasında olduğunu yazıb.
"Prezident tərəfindən təyin olunan diplomatik korpusların rəhbərlərinin yeni administrasiyanın hakimiyyətə gəlməsindən sonra öz vəzifələrində qalması nadir hadisələrdəndir. Tramp tərəfindən təyin olunan səfirlərin əksəriyyətinə Baydenin qərargahından belə bir məlumat gəlməyib və onlar öz postlarını təhvil verməyə hazırlaşırlar”, - agentlik qeyd edib.