ABŞ-dan İraqa tam dəstək
13.07.2018
NATO sammiti çərçivəsində İraq Baş naziri Heydər Abadi ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş baş tutub.
"Dövran Media" xəbər verir ki, rəsmilər İraqdakı durumu və İŞİD-ə qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparıblar.
"Dövlət katibi İŞİD-lə mübarizədə İraq xalqına və ümumən bizə dəstəyini ifadə edib. Pompeo İraqın NATO-dan dəstək istəyini məmnuniyyətlə qarşılayıb və sammitdə açıqlanan İraqda təlim missiyasını tam dəstəkləyib”, - deyə məlumatda bildirilib.