Bu gün Yerevanda etiraz aksiyası keçiriləcək
19.01.2021
Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.
Bu barədə DM "News.am”a istinadən xəbər verir.
"Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.
"Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarına xəyanət sərhəd tanımır", - bəyanatda qeyd edilir.