Türkiyə parlamentinə YENİ SƏDR SEÇİLDİ
12.07.2018
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) sədr seçkisi keçirilib.
"Dövran Media"nın xəbərinə görə, ilk 2 turda namizədlərdən heç biri seçilmək üçün tələb olunan 400 səsi toplaya bilməyiblər.
Üçüncü turda isə sadə səs çoxluğu tələb olunduğu üçün 335 səs alan Ədalət və İnkişaf Partiyasının namizədi, sabiq baş nazir Binəli Yıldırım TBMM-nin sədri seçilib.