Düşmən axtarır və tapırsınız...Lavrov
18.01.2021
ABŞ və müttəfiqlərinin beynəlxalq təhlükəsizliyin pozulmasına yönəlmiş hərəkətləri Rusiya üçün dərin narahatlıq yaradır.
DM xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"ABŞ-ın və qərbli müttəfiqlərinin BMT-yə, onun nizamnaməsinə, strukturlarına əsaslanan beynəlxalq həyat arxitekturasını pozmağa yönələn, həmçinin beynəlxalq hüququn klassik forma və normalarını unutdurmağa çalışdıqlarını əks etdirən hərəkətləri dərin narahatlıq doğurur", - o bildirib.
Lavrov qeyd edib ki, Qərbdə müşahidə edilən tendensiyalardan məmnun deyil:
"Elita öz daxili siyasi problemlərini və daxili siyasi mübarizə məsələlərini həll etməyə çalışarkən fəal şəkildə xarici düşmən axtarır və onları Rusiya, Çin, İran, Şimali Koreya, Kuba və Venesuelada tapır".