"Navalnını dərhal sərbəst buraxılsın" - Pompeo
18.01.2021
ABŞ Dövlət Katibi Mayk Pompeo, Rusiya müxalifəti Aleksey Navalnının tutulması ilə əlaqədar Moskva rəhbərliyinə reaksiya verib.
DM xəbər verir ki, bununla bağlı yazılı açıqlama verən Pompeo, "ABŞ, Aleksey Navalnının tutulmasını şiddətlə qınayır. Biz onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik",- deyə bildirib.
Qeyd edək ki, 20 Avqust 2020-ci il tarixində Rusiyanın Tomsk şəhərindən Moskvaya təyyarə ilə gələn Navalnıy, uçuş əsnasında xəstələnib və təyyarə Omska enib. Omsk xəstəxanasına yerləşdirilən Navalniyin çayına qarışmış maddədən zəhərləndiyi iddia edilib.
Avropa Birliyi (AB) Moskvaya qayıdarkən dünən axşam həbs edilən Navalnını dərhal sərbəst buraxılmasını bildirib.