21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə və İsrailin “barışacağı” tarix açıqlandı

18.01.2021

 Yaxın vaxtlarda dünyanın siyasi strukturu Türkiyənin lehinə dəyişəcək. ABŞ, Avropanın və regionun aparıcı ölkələri Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə məcbur olacaqlar. Yeni geosiyasi reallıqlar bunu tələb edir.

DM xəbər verir ki, bunu Türkiyənin tanınmış hərbi eksperti Mete Yarar CNN Türk telekanalının efirində deyib.

"2017-ci ildə Fələstinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə” gəmisinin israillilər tərəfindən hücuma məruz qalması nəticəsində doqquz Türkiyə vətəndaşı həlak oldu və Ankara İsraildəki səfirini geri çağırdı. Yaxın zamanlarda vəziyyət qaydasına düşəcək. Türkiyə ilə İsrail arasındakı diplomatik münasibətlərin bərpasına dair danışıqlar gedir. Həmin münasibətlərin tam bərpa olunması müddəti belə açıqlanıb - mart ayı.

Görünən odur ki, Türkiyənin Yunanıstan, eləcə də Fransa ilə münasibətləri normallaşır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərini yaxşılaşdırmaq üçün məktub göndərib.

ABŞ-la da danışıqlar davam edir. Ərdoğan Donald Tramp administrasiyasının Ankaranı F-35 qırıcı təyyarələrinin tədarükü proqramından çıxarması qərarını "səhv” adlandırıb. Türkiyə lideri bildirib ki, o, Baydenlə bu məsələdə kompromis tapa biləcəyinə inanır. Bu o deməkdir ki, yaxın zamanda vəziyyət dəyişə bilər. Bununla yanaşı, ABŞ üçün Yaxın Şərq və Qafqaz siyasəti Türkiyəsiz mümkün görünmür”, - o bildirib.