Hulusi Akar İraqa getdi
18.01.2021
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqa rəsmi səfərə yollanıb.
DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib. Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisinin də Akarla birgə səfərdə olduğu qeyd olunub.
Səfər zamanı əsas müzakirə mövzusunun İraqla terrorizmlə mübarizədə əməkdaşlıq məsələləri olduğu vurğulanıb.