21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Oqtay Şirəliyevdən peyvənddən sonra ilk açıqlama

18.01.2021

 Səhiyyə naziri Oqtay Şirəliyev bu gün COVID-19 virusuna qarşı peyvənd olunduqdan sonra jurnalistlərə açıqlama verib.

Nazir O.Şirəliyev bilirib ki, ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələrdən olub: "Əksər ölkələrə növbə bəlkə də ilin sonuna, yaxud gələn ilə çatacaq. "Sinovac" vaksini çox effektlidir, əsas odur ki, mənfi təsirləri olmayıb. Ola bilər, bir neçə şəxs vaksinin ilkin dozasından sonra virusa yoluxub, amma onlar da xəstəliyi yüngül keçirir. Jurnalistlər də insanlarla sıx münasibətdə olur, sizi vaksinasiyaya qoşulmağa dəvət edirəm.

Bizim ölkə rəhbərinin nüfuzu sayəsində bütün firmalarla danışıqlar aparılıb və onların istehsal etdiyi vaskinlərin xüsusiyyətləri öyrənilib. Bizim mütəxəssislər də bu qərara gəlib ki, qardaş Türkiyənin də istifadə etdiyi "Sinovac" vaksinindən istifadə edək. Ölkə rəhbərinin də tapşırığı o idi, vaksin təhlükəsizliyinə əsas diqqət yetirilsin. Bu vaksin bir neçə ölkədə sınaqdan keçirilib, bir yerdə də mənfi təsiri olmayıb. Bu, ən vacib məsələdir”.

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, dünyada olan vaksinayalardan çalışdıq ki, ən təhlükəsizini seçək: "Qısa zaman ərzində vaksinasiyanın təsirini görəcəyik. İlk olaraq bu gündən tibb işçilərinin vaksinasiyası başlayır".