Zərifdən fransız nazirə..
18.01.2021
Hörmətli həmkarım, siz karyeranıza Səudiyyə Ərəbistanına silah satışı ilə başladınız.
DM xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drianın rəsmi Tehranın nüvə silahlarını inkişaf etdirmə mərhələsində olduğu iddiası haqda deyib.
"İranla əlaqədar absurd cəfəngiyyatlarınızdan əl çəkin. Yəməndəki uşaqları öldürmək üçün sizin silahlarınızdan istifadə edən cinayətkarları qorumağı dayandırın”, - Zərif qeyd edib.