Bayden hakimiyyətə gələn gün bu qərarı verəcək
18.01.2021
ABŞ-ın yeni prezidenti Co Bayden 20 yanvar tarixində andiçmə günü ölkəsinin Paris İqlim Sazişinə qayıtması ilə bağlı saziş imzalamaq niyyətindədir.
DM xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bununla yanaşı, demokrat lider Tramp dönəmində qəbul edilmiş bir sıra məhdudiyyətləri də ləğv etməyi düşünür.
Belə ki, Bayden Trampın 27 yanvar 2017-ci ildə 7 müsəlman ölkəsi – İran, İraq, Suriya, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səfərini qadağan edən qərarını aradan qaldıracaq.