Avstriya karantin rejimini sərtləşdirir
17.01.2021
Avstriyada koronavirus səbəbindən tətbiq olunan sərt karantin rejimi fevralın 7-dək uzadılıb.
DM xəbər verir ki, bunu Avstriya kansleri Sebastyan Kurts bildirib.
"Mütəxəssislər birdirib ki, həftəlik yoluxma sayının 50, ideal vəziyyətdə isə 25-ə endiyi zaman lokdaunu ləğv edə bilərik", - Kurts qeyd edib.
Kansler ölkəni daha iki-üç çətin ayın gözlədiyini bildirib.