İşıqlar yenə söndü - AÇIQLAMA
12.07.2018
Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı istifadəçilər sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, ölkənin bəzi bölgələrində, o cümlədən, paytaxt ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.
Məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında fasilələr yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, elektrik enerjisi kəsildiyindən "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti dayanıb. Lakin hazırda hərəkət bərpa olunub və sərnişinləri qəbul edir.