Ərdoğan: Rusiya ilə danışıqlara başlayırıq
15.01.2021
Türkiyə yeni S-400 kompleksi üçün ABŞ-dan icazə almaq niyyətində deyil.
DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, S-400 sistemlərinin ikinci partiyasının tədarükü məsələsi yanvar ayının sonunda Rusiya tərəfi ilə müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə S-400-ün ikinci partiyası ilə birgə texnologiyasını da almaq və birgə istehsal etmək istəyir.