"Evdən işləyin" - Almaniya prezidenti
15.01.2021
Almaniyanın prezidenti Frank Valter Ştaynmayer koronavirus pandemiyası ilə bağlı xalqa çağırış edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Ştaynmayer koronavirusdan ölənlərin sayında artım müşahidə olunduğunu bildirib. Vəziyyətin daha da təhlükəli hala gəlmədən öncə tənzimlənməli olduğu vurğulanıb.
"Evdən işləyin. Mən şirkət rəhbərlərinə, müəssisələrin rəhbərliyində çalışan insanlara da işçilərin evdən işləməsinə şərait yaratmaq barədə çağırış edirəm. İnsanların ölməsi çox üzücüdür. Bunu anlamaq lazımdır", - deyə Almaniya prezidenti söyləyib.
Ştaynmayer həmçinin bir neçə bölgədə virusun yeni ştammının təsbit edildiyini və bundan çox narahat olduğunu bəyan edib.