21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Kediciklər” Adnan Oktarı “SATDI" - Təcavüz

12.07.2018

Dünən səhər saatlarında Türkiyənin bir neçə bölgəsində Adnan Oktar və 235 müridinin həbsi üçün keçirilən əməliyyatdan sonra şok iddialar ortaya çıxıb.

"Dövran Media" "CNN Türk”ə əsasən xəbər verir ki, A.Oktarın A9 kanalında "kediciklər” adlandırdığı qadınlar onun kiçik qız uşaqlarına təcavüz etdiyini bildiriblər.
Onlar həmçinin dəhşətli cəzalardan da danışıblar. İddialara görə, itaətsizlik edənlərə 24 saatda 20 nəfər təcavüz edib.
Həmçinin, "Turnike” sistemi ilə aldadılan 11-17 yaş arası qız uşaqlarının fahişəliyə cəlb edilməsi iddiası da səsləndirilib.
Qruplaşmanın içərisində "kediciklər", kişilər, bacılar, "kız kardeşler”, ədliyyə xidmətçiləri kimi vəzifə bölüşdürmələri olub.
Beləliklə "kız kardeşler” (bacılar) adlandırılan bölgüdə azyaşlı qızlar yer alıblar. Onlar "Türnike” sistemi adlanan üsulla, yəni qrupun oğlan üzvləri tərəfindən evlilik bəhanəsi ilə bu təşkilata gətiriliblər. Sonra onlar evlənmək vədi verən oğlanlar tərəfindən digər kişi üzvlərlə cinsi əlaqəyə məcbur ediliblər.
"Kediciklər” bölgüsündə yer alan qadınların da bu sistemlə digər kişi üzvlərin seks-quluna çevrildikləri də bildirilib. Üzvlərdən biri  icazə olmadan çölə buraxılmadığını, itaətsizlik edənlərin isə sutka ərzində 20 nəfər tərəfindən təcavüzə məruz qaldığını bildirib. Təcavüzə uğrayanlar içərisində kiçik qızların da olduğu qeyd edilib.
Xatırladaq ki, qruplaşma üzvləri hərbi cəsusluqdan tutmuş uşaq təcavüzünə kimi 31 qanun pozuntusunda təqsirləndirilir.
Bütün bunlardan əlavə, qrupun əsasən kişi üzvləri dini inanclarla aldatdıqları varlı ailələrin üzvlərini (əsasən qadınları) qrupun evlərindən birinə gətirirmişlər. Hətta tualetlərində belə kameralar olan bu kimi evlərdə həmin qadınlara təcavüz edilib və daha sonra isə şantaj yolu ilə pul və daha çox insanın cəlb edilməsi təmin edilib. Qruplaşmanın bütün bunlar üçün ümumilikdə 95 evə sahib olduğu məlum olub.
Bu iddia ilə 11-40 yaş arası olan 70 nəfər "Adnan Hoca” ləqəbli Adnan Oktardan şikayətçi olub.
Qruplaşmanın kişi üzvlərinin gecə-gündüz müridlik etdiyi və bu üsulla qruplaşmaya yeni üzvlər cəlb olunduğu bildirilir.
Polis həmçinin, Oktarın aliment görünüşü altında qruplaşmaya pul köçürmələrini təmin etdiyi iddiasını irəli sürüb. Polis tərəfindən mənzildə qruplaşmaya aid bir neçə zirehli maşın, A9 kanalının binasından isə silah-sursat aşkarlanıb.
Qeyd edək ki, Türkiyə polisi Maliyyə Nazirliyinin iki il sürən təhqiqatından sonra 4 ildə "Şəfəq əməliyyatı” həyata keçirib. Adnan Oktar və 234 müridinə qarşı həyata keçirilən əməliyyatda 170 nəfər həbs edilib. Əksəriyyətini kişilər təşkil edən qalan üzvlərin isə axtarışları davam etdirilir. Polis Azərbaycan və digər ölkələrdə islam dini adı altında ateizm, təkamül və sionizm əleyhinə yazdığı kitab və buraxdığı videodisklərdən Harun Yəhya adı ilə tanıdığı Adnan Oktarı Çengelköydə həbs edib. Onun 100 otaqlı malikanəsinə gələn polisin basqın edəcəyindən duyuq düşən Oktar oradan qaçıb. Onun qaçması üçün isə mühafizəçilər polisə atəş açıblar. Daha sonra Oktar polis tərəfindən maşınında yaxalanıb. Evin hər yerində hətta gecəgörmə funksiyalı kameralar yerləşdirilib.