Prezidentin Şuşada verdiyi mühüm mesaj
15.01.2021
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Şuşa şəhərinə səfəri həm də bir mesajdır. Bu mesaj isə "vaxt itirmək olmaz”dır. Yəni 27 illik həsrət sona çatıb, tez bir zamanda tarixi torpaqlarımız əvvəlkindən də gözəl hala gətirilməlidir.
Bu sözləri politoloq Tofiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri haqda danışarkən deyib.
O bildirib ki, ölkə başçısının Şuşa şəhərinə səfəri əsl hadisədir:
"Diqqət etsəniz, ölkə başçısı Şuşa şəhərinə vaxtilə ermənilər tərəfindən güllələnən azərbaycanlı dahilərin heykəllərini də gətirdi və bunun özü də simvolik məna daşıyır. Şuşada növbəti illər ərzində dünyaca məşhur festivallar, mədəniyyət gecələri və s. tədbirlər keçiriləcək. Buna görə də ölkə başçısı və xanımı xüsusilə Şuşada gedən yenidənqurma işlərini izləyir”.