İsraildən Baydenə xəbərdarlıq
15.01.2021
İsrail Bayden administrasiyasının Səudiyyə Ərəbistanı və Misirdə insan haqları problemləri və Yəməndə davam edən müharibə ilə bağlı tənqidlərini məhdudlaşdırmaq üçün lobbi hazırlamağı planlaşdırır.
DM xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin nümayəndələri məlumat yayıb.
İsrail məmurları Vaşinqtonun Ər-Riyad və Qahirə ilə münasibətləri pisləşdirəcəyi təqdirdə onların Rusiya və Çinə tərəf yönələcəyinə dair xəbərdarlıq edib.