Qazaxıstanın baş naziri məlum oldu
15.01.2021
Qazaxıstanın baş naziri yenidən Askar Mamin təyin olunub.
DM xəbər verir ki, onun təyinatının lehinə 78 nəfər səs verib, 21 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, ötən gün Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri, ölkənin eks-prezidenti Nursultan Nazarbayevin A.Mamini baş nazir postunda saxlamağı tövsiyə etmişdi.