Daşaltı əməliyyatından 26 il keçir
26.01.2018
Daşaltı kəndinin erməni silahlılarından təmizlənməsi üçün keçirilən əməliyyatdan 26 il keçir
Əməliyyat hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı ilə tarixə düşüb.
1992-ci il yanvarın 25-i saat 20:00-da başlanan əməliyyat, yanvarın 26-da gecə məğlubiyyətlə bitib.
Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev başçılıq eləyib.
Döyüşdə yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Ordumuz döyüşdə 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır./DM/
ALLAH ŞƏHİTLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!